Xəbər lenti

Millimizin baş məşqçisi yerli futzalçını əcnəbi ilə əvəzlədi
İdman 11:24 18.09.2023

Millimizin baş məşqçisi yerli futzalçını əcnəbi ilə əvəzlədi

DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 20-də Bakı İdman Sarayında Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını bu gün bərpa edib.
 
Qaynarinfo-nun məlumatına görə, heyətdə zədəli və cəzalı futzalçı yoxdur. Amma 2 gün əvvəl Rumıniyaya məğlub olan komandada dəyişiklik edilib. Baş məşqçi Vitali Borisovun qərarı ilə İsa Atayev heyətdən kənarlaşdırılıb onun əvəzinə Maneka millinin düşərgəsinə cəlb edilib. Hücumçu hazırda Macarıstan təmsilçisi "Studio Futsal Nyiregyhaza”da çıxış edir.

Niderlandla oyun sentyabrın 20-də, saat 18:30-da Bakı İdman Sarayında keçiriləcək. CBC Sport-la canlı yayımlanacaq oyuna giriş sərbəst olacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->