Xəbər lenti

Millimiz Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək
İdman 15:17 02.02.2023

Millimiz Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası ilin ilk sınağına Türkiyədə çıxacaq.
 
Qaynarinfo-nun məlumatına görə, yığma fevralın 4-9-da İstanbulda təşkil olunacaq beynəlxalq "Prezident kuboku”nda, ayın 10-14-də açıq Türkiyə çempionatında mübarizə aparacaq. 

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanov qardaş ölkədə 16 taekvondoçuya şans verəcək. Hər iki turnirdə Səyyad Dadaşov, Rahid Vəliyev, Adil Eyvazov (hər üçü 54 kq), Qaşım Maqomedov, Ruslan Seyidov (hər ikisi 58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli, Nizami Hacıyev (hər ikisi 68 kq), Cavad Ağayev, Eltac Qafarov, Vaqif Hacıyev (hər üçü 74 kq), Əliəskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 80 kq), Taleh Süleymanov (87 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) dayanq üzərinə çıxacaqlar. 

"Prezident kuboku”nda hakimlər sırasında Ramal Camalovla Aygül Abdullayeva da yer alacaq. Türkiyə açıq çempionatında isə Abdullayeva ilə yanaşı, Gündüz Abdullayev, Coşqun Nadirov və Elşad Məmmədov da referi kimi döyüşləri idarə edəcəklər.

Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik edəcəyi komanda Türkiyəyə bu gün yola düşür. Milli ayın 14-də isə Vətənə qayıdacaq. 
 
Taekvondoçularımız G-2 kateqoriyalı ilk yarışda fevralın 4-5-də, açıq çempionatda ayın 10-11-də gücünü yoxlayacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->