"İnter Mayami"nin baş məşqçisi Cerardo Martino komandanın hücumçusu Lionel Messinin icarə əsasında keçmiş klubu "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən xəbər
verir.
"Bəlkə istirahətə gedəcək? Ola bilsin ki, o, Barselonaya gedir. Mən bu barədə başqa heç nə bilmirəm”, deyə Martino bildirib.
Qeyd edək ki, Messi 2023-cü ilin yayında PSJ-dən "İnter Mayami"yə keçib. O, ABŞ klubunda keçirdiyi 13 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aydın
Şərhlər