Xəbər lenti

Məşhur şirkət Haland üçün xüsusi buts hazırladı
İdman 18:57 30.09.2023

Məşhur şirkət Haland üçün xüsusi buts hazırladı

"Nike" Erlinq Halandın ötən mövsüm unudulmaz performansını əbədiləşdirib.
 
Qaynarinfo-nun məlumatına görə, Premyer Liqadakı ilk mövsümündə iz qoyan və komandasının Premyer Liqa, FA Kuboku və UEFA Çempionlar Liqasında mühüm rol oynayan Halandın bu uğuru əbədiləşdirilib.
 
"Castrol Qızıl Buts" mükafatını qazanan 23 yaşlı Haland 35 matçda vurduğu 36 qolla Premyer Liqada Endryu Koul və Alanın bir mövsümdəki rekordunu yeniləyib. 

"Nike" bu fövqəladə nailiyyətlərin xatirəsinə "Montebelluna" fabrikində əl istehsalı olan və Halandın geyindiyi dörd butsun rəngini birləşdirən xüsusi hazırlanmış "Phantom GX" ayaqqabılarını təqdim edib. 

Premyer Liqa və "Nike" ilə birgə təşkil edilən lotereyada Halandın butsu mükafat olaraq paylanıb. Lotoreyaya böyük maraq göstərilib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->