Aparıcı Xədicə Sənanqızı bir neçə ildir aparıcılıq etdiyi "Günə davam" proqramından ayrılıb.
Onun tərəf müqabili, Əməkdar artist Elnur Kərimov bir müddətdir verilişi tək aparırdı. Ötən gündəm etibarən isə verilişə Xədicənin yerinə Nübar Əbil gəlib.
X.Sənanqızı məsələ ilə bağlı Axşam.az-ın suallarını cavablandırıb. O bildirib ki, AzTV-dəki fəaliyyətinə son qoyub:
"İllərdir gündəlik veriliş aparıram. Çox çətindir. Üzərimdə illərin yorğunluğu var. Qərar verdim ki, fəaliyyətimi müvəqqəti dayandırım. Gedib istirahət edəcəyəm, yorğunluğumu atacağam. Peşəkar aparıcıyam, mənə də təkliflər gəlir. Sonra birini dəyərləndirərəm. Hələ ki, dincəlməyi düşünürəm".
Proqram AzTV-də günorta saatlarında efirə gedir.
Qeyd edək ki, Xədicə ilk vaxtlar verilişi tək aparırdı. O, son iki ildə proqrama Elnurla birlikdə aparıcılıq edirdi.
Şərhlər