Dövlət Məşğulluq Agentliyinin (DMA) 2023-cü ilin sentyabrın 27-dən cari ilin fevral ayının 21-nə qədər təqdim etdiyi vakansiyaların böyük əksəriyyəti regionları əhatə edir.
Bizim.Media xəbər verir ki, DMA tərəfindən müxtəlif vəzifələr üzrə ümumilikdə 45 vakansiya elan olunub.
Bu vakansiyalarda aylıq əməkhaqları 400 - 2000 manat arasında dəyişir və böyük əksəriyyəti özəl müəssisələrə aiddir.
Qeyd edək ki, ən az maaşa (345-600 AZN) malik olan vakansiyalar Hacıqabul (345 AZN), Qəbələ (400 AZN), Abşeron (400-450 AZN), Gəncə (400-600 AZN), İmişli (400-600 AZN), Mingəçevir (422 AZN) və Balakən (400-600 AZN) şəhərlərindədir.
Orta aylıq əmək haqqına (500-1000 AZN) sahib vakansiyalar Gəncə (600-1000 AZN), Xırdalan (500-800 AZN), Sumqayıt şəhərlərində (500-900 AZN), eləcə də Şəki (550 manat), Beyləqan (500-600 AZN), Neftçala (550-650 AZN), Zaqatala (500-700 AZN), Şəmkir (500-800 AZN), Şirvan (500-800 AZN), Qazax (538–1000 AZN), Oğuz (500-1000 AZN), Qusar (500-1000 AZN), Abşeron (650-1000 AZN), Sabirabad (600-700 AZN), Qəbələ (700-1000 AZN), Quba (850-950 AZN), Ağdaş (879 AZN), Ağsu (888 AZN) və Xaçmaz (800-1000 AZN) rayonlarındadır.
Ən yüksək əmək haqqına (1100-2000 AZN) sahib vəzifələr isə Hacıqabul (1400-1600 AZN), Qusar (1200 AZN), Ağdam (1000-1500 AZN), Abşeron (1150-1500 AZN) rayonlarında, eləcə də Sumqayıt (1500 AZN) və Mingəçevir (1900 – 2000 AZN) şəhərlərindədir.
Təklif olunan vəzifələr aşağıdakılardır:
- Texnik (Abşeron / 400-450 manat);
- Tır sürücüsü (Abşeron / 650 – 1000 manat);
- Satış üzrə mütəxəssis (Abşeron / 841 manat);
- Elektrik ustası (Abşeron / 950 – 1150 manat);
- İnsan resursları üzrə mütəxəssis (Abşeron / 1300-1500 manat);
- Gözətçi (Sumqayıt / 500- 900 manat);
- Təchizat şöbəsinin rəhbəri (Sumqayıt / 500 – 1500 manat);
- İstehsalat üzrə menecer (Sumqayıt / 800 manat);
- Anbardar (Sumqayıt / 800 manat / Baku Steel Company QSC);
- Satınalma üzrə mütəxəssis (Gəncə / 400-600 manat);
- Əməyin mühafizəsi üzrə mütəxəssis (Gəncə / 500-600 manat);
- Satışlar və müştərilərə xidmət şöbəsinin mütəxəssisi (Gəncə / 600-800 manat);
- İnşaat mühəndisi (Gəncə / 800 – 1000 manat);
- Satıcı (Qusar / 500 manat);
- Baş aşbazın köməkçisi (Qusar / 800 – 1000 manat);
- Baş aşbaz (Qusar / 1000 – 1200 manat);
- İstehsalat şöbəsinin operatoru (Oğuz / 500 – 700 manat;
- Baş məşqçi (Oğuz / 500 – 900 manat);
- Növbə rəisi (Oğuz / 600 – 1000 manat);
- Anbardar (Xırdalan / 500 – 700 manat);
- Supervayzer (Xırdalan / 750-800 manat);
- Böyük elmi işçi (Qazax / 538 manat / "Orta əsr Ağsu şəhəri" DTMQ);
- Dağ-mədən mütəxəssisi (Qazax / 800 – 1000 manat);
- Mühəndis proqramlaşdırıcısı (Mingəçevir / 422 manat);
- Boya işləri üzrə iş icraçısı (Mingəçevir / 1900-2000 manat);
- Marketinq mütəxəssisi (Xaçmaz / 800-1000 manat);
- Təsərrüfat şöbəsinin meneceri (Xaçmaz / 800–1500 manat);
- Elektromontajçı (Qəbələ / 400 manat);
- İxracat və logistika üzrə menecer (Qəbələ / 700 – 1000 manat);
Digər rayonlar isə əmək haqqı vəziyyətinə görə aşağıdakı kimi sıralanıb:
- Aşbaz (Hacıqabul / 345 manat);
- Elektrik ustası (İmişli / 400 – 600 manat);
- Kassir (Balakən / 400-600 manat);
- Anbardar (Beyləqan / 500-600 manat);
- Regional nümayəndə (Zaqatala / 500-700 manat);
- Xəzinədar (Şirvan / 500-800 manat / Rabitəbank);
- Planlama üzrə mütəxəssis (Şəmkir / 500 – 800 manat);
- Xəzinədar (Şəki / 550 manat);
- Qazmaçı köməkçisi (Neftçala / 550-650 manat);
- Ekspeditorun assistenti (İmişli / 550-650 manat);
- Böyük mühasib (Sabirabad / 600 -700 manat);
- Yük avtomobili sürücüsü (Quba / 850-950 manat);
- Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Ağdaş / 879 manat);
- Mühəndis (Ağsu / 888 manat / Azəriqaz İB);
- Prefabrik dəmir-beton məmulatları direktoru (Ağdam / 1000 – 1500 manat);
- Mühəndis-texnoloq (Hacıqabul / 1400-1600 manat).
Qeyd edək ki, bu vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər faktiki yaşayış ünvanı üzrə Regional Məşğulluq filialına və ya DOST Mərkəzlərinə yaxınlaşa bilər.
Şərhlər