"Məşədi Dadaş icmasının sədri və üzvləri hazırda məsciddədir".
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, icmanın məsciddən çıxarılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar yanlışdır.
Sədr vurğulayıb ki, icma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib: "İndiki qayda ilə isə 50 nəfərlik bir icma heyəti olacaq. Oradan gedən adamlar mərhum Hacı Şahinin ətrafında olanlar idi. Bu adamların hüquqi baxımdan məscidə heç bir aidiyyəti yox idi. Onlar icma formalaşan zaman vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər. Amma faktiki olaraq, məscidin icması yerindədir və fəaliyyət göstərir".
Şərhlər