Xəbər lenti

Merkel: Minsk razılaşması Ukraynaya vaxt vermək üçün imzalanmışdı...
Dünya 18:10 07.12.2022

Merkel: Minsk razılaşması Ukraynaya vaxt vermək üçün imzalanmışdı...

Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, Minsk razılaşmaları "Ukraynaya vaxt vermək” üçün imzalanmışdı. 

Qaynarinfo bu barədə "Die Zeit” qəzetinə istinadən xəbər verir.

"2014-cü il Minsk razılaşması Ukraynaya vaxt vermək cəhdi idi. O, bu gün göründüyü kimi, daha güclü olmaq üçün bu vaxtdan istifadə etdi. 2014-2015-ci illərin Ukraynası müasir Ukrayna deyildi”, - Merkel bildirib.

O qeyd edib ki, münaqişənin dondurulduğu və problemin həll olunmadığı "hamıya aydın idi”, "amma bu, Ukraynaya əvəzsiz vaxt verib”. O, o vaxt NATO ölkələrinin Kiyevə indiki qədər dəstək verə biləcəyinə şübhə etdiyini bildirib.

Merkel 2005-2021-ci illərdə Almaniya kansleri olub. Onun iştirakı ilə Donbasdakı münaqişənin həlli üçün Minsk razılaşmalarına imza atılıb.

Rusiya prezidenti Vladimir Putin fevralın 22-də bildirib ki, DXR və LXR tanındıqdan sonra Minsk razılaşmaları artıq mövcud deyil, lakin bu, Rusiyanın günahı deyil. Onun sözlərinə görə, Minsk razılaşmaları Donbas xalq respublikalarının tanınmasından çox əvvəl hazırkı Kiyev hakimiyyəti tərəfindən "öldürülüb”.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->