Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 Saylı Cəzaçəkmə Müəssisəsinə yeni rəis təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Qədirov Süleyman Maksim oğlu 8 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisi təyin olunub.
Bundan əvvəl sözügedən müəssisənin rəisi Haciyev Azər Musa oğlu olub və nöqsanlara görə işdən çıxarılıb.
Qeyd edək ki, Süleyman Qədirov polis polkovnik-leytenantı, bir sıra rayonlarda rəis vəzifəsində çalışmış mərhum Maksim Qədirovun oğludur.
Əhməd
Şərhlər