"Anamın vəziyyəti çox ağırdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında mərhum Xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev anası Gülzar Quliyevanın səhhətindən danışarkən deyib.
O, anasının müalicəsinin davam etdiyini bildirib: "Dua edin, bundan başqa əlimizdən bir şey gəlmir. Həkimlər onun qaraciyərinin parçalandığını deyib”.
Qeyd edək ki, Gülzar Quliyeva uzun illərdir ki, qaraciyər sirrozundan əziyyət çəkir.
Bahar Rüstəmli
Şərhlər