"Azərbaycanda COP29 tədbiri həm təşkilatçılıq, həm qəbul edilən qərarlar, həm də dünyanın diqqət mərkəzində olması baxımından əlamətdar hadisə kimi yadda qaldı".
Bunu Qaynarinfo-ya açıqlamasında bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakıda başa çatan COP29 tədbirinin nəticələrini şərh edərkən deyib.
Hikmət Babaoğlu bildirib ki, tədbir həm də COP-un öz tarixində mühüm bir hadisə kimi yadda qaldı:
"Çünki Bakıda keçirilən tərəflər konfransına qədər qlobal iqlim dəyişikliyi, onun fəsadlarının aradan qaldırılması ilə bağlı sadəcə yüz milyard dollarlıq hədəfdən söhbət gedirdisə, Bakıda bu rəqəm ilk dəfə olaraq 250 milyard dollardan artıq bir rəqəmə çatdırıldı. COP29-un 6-cı maddəsilə bağlı 10 ildən çox mübarizə predmeti olan məsələ barədə razılıq əldə edildi. Həmçinin, növbəti mərhələ üçün daha böyük hədəflər müəyyənləşdirildi".
Deputat düşünür ki, Bakıdakı tədbir COP29-un əsas məqsədi olan 1,5 dərəcəlik iqlim dəyişikliyilə bağlı hədəflərə dünyanı daha yaxın etdi:
"COP29 tədbirini zəruri edən və atmosferə daha çox karbon qazı buraxan bəzi ölkələr hesab edirdi ki, onları iştirakı olmadan Bakıdakı tədbirdə səmərəli qərarlar qəbul edilə bilməz. Amma Bakı təcrübəsi göstərdi ki, onlarsız, yəni Fransa və digər neokolonialist mərkəzlər olmadan da uğurlu tədbir keçirmək mümkündür. Digər tərəfdən, COP29 ətrafında Azərbaycana qarşı aparılan informasiya müharibəsi də iflasa uğradı. Azərbaycan bunu bacardı ki, bu da tarixi nailiyyətdir".
Qeyd edək ki, İki həftədən bir qədər çox müddətə Bakıda qlobal iqlim dəyişikliyinə həsr olunmuş COP29 tədbiri keçirildi. Tədbirə dünyanın əksər ölkələrindən 72 mindən çox insan gəldi. Habelə, burada iqlimin sağlamlaşdırılmasına yönəlik bir qıra qərarlar verildi.
Rüfət Sultan
Şərhlər