Gənc yazıçı Həmid Piriyev hekayələrdən ibarət "Sərçələr üçün poema" kitabının təqdimatını keçirib. Təqdimatda yazarın oxucuları və ədəbiyyat nümayəndələri iştirak edib.
Qaynarinfo xəbər verir ki, "Sərçələr üçün poema" Həmid Piriyevin ikinci kitabıdır. "Alatoran" nəşriyyatında çap olunan kitabda müxtəlif vaxtlarda yazılan yeddi hekayə toplanıb.
Qeyd edək ki, bu gənc yazarın sayca ikinci kitabıdır. İlk kitabı "Şanapipik haqqında mahnı" "Alatoran" nəşriyyatı vasitəsilə 2016-cı ildə çap olunub. Təqdimatda yazıçı haqqında Rasim Qaraca, Əli Novruzov, Əlisa Cabbarov və başqaları xoş sözlər səsləndirib.
Yazıçı qeyd edir ki, onun hekayələrində ideal qəhrəmanlar yox, gündəlik həyatda rastlaşdığımız sadə insan hekayələri yer alıb.
Lalə Niftaliyeva
Şərhlər