İtaliyanın baş naziri Сorсiya Meloni NATO-nun baş katibi Yens Stoltenberqin Kiyevə qoyulan müvafiq qadağanın aradan qaldırılmasını tələb etməsindən sonra Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə qarşı çıxıb.
İtaliya hökumətinin başçısı Alyansın baş katibinin ayrı-ayrı müttəfiqlərin Ukraynaya verilən silahların Rusiya ərazisindəki hədəflərə qarşı tətbiqi ilə bağlı məhdudiyyətlərə yenidən baxmağın vaxtının çatması barədə bəyanatını şərh edib.
"Stoltenberqin niyə belə dediyini bilmirəm, məncə, çox diqqətli olmalıyıq", - Meloni deyib.
Eyni zamanda, o qeyd edib ki, o, "NATO-nun güzəştə getdiyinə işarə etməkdənsə, möhkəm qalması ilə razılaşır”.
Bundan əvvəl baş nazirin müavini və Liqa partiyasının lideri Matteo Salvini NATO baş katibinin mövqeyi ilə razılaşmadığını açıqlamışdı. İtaliyanın xarici işlər naziri Antonio Tajani də tənqidi fikirlər səsləndirib.
Xəbər verildiyi kimi, Stoltenberq hesab edir ki, ayrı-ayrı müttəfiqlərin Rusiya ərazisindəki hədəflərə qarşı Ukraynaya verilən silahların istifadəsinə qoyulan məhdudiyyətlərə yenidən baxmasının vaxtı çatıb.
"The New York Times” bu yaxınlarda yazıb ki, ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya Rusiya ərazisini ABŞ silahları ilə vurmağa icazə verilməsini təmin etmək istəyir. O, prezident Co Baydeni məhdudiyyətləri qaldırmağa inandırmağa çalışır.
Xatırladaq ki, prezident Vladimir Zelenski "Reuters” agentliyinə müsahibəsində Ukraynanın beynəlxalq tərəfdaşları ilə Rusiya ərazisində öz silahları ilə hədəflərə zərbə endirmə ehtimalı ilə bağlı danışıqlar apardığını təsdiqləyib.
Alpər
Şərhlər