Xəbər lenti

Meloni, Orbanı Ukraynaya dəstəyə mane olmamağa inandırmağa çalışıb -
Dünya 16:40 11.01.2024

Meloni, Orbanı Ukraynaya dəstəyə mane olmamağa inandırmağa çalışıb - "Bloomberg"

Qeyri-rəsmi danışıqlar zamanı İtaliyanın Baş naziri Corciya Meloni Macarıstanın Baş naziri Viktor Orbanı Ukraynaya dəstəyə mane olmamağa inandırmağa çalışıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” danışıqların gedişi ilə tanış olan adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

"Danışıqlar Meloni xarici siyasət ambisiyalarını vurğulayır, belə ki, o, Aİ-də güclü vasitəçi rolunu öz üzərinə götürməyə çalışır", - materialda deyilir. 

Mənbələr bildirirlər ki, Meloni, həmçinin Orbanı Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı mövqeyini dəyişməyə və münasibətləri bərpa etməyə təşviq etməyə çalışıb. Nəşrin həmsöhbətləri bildiriblər ki, müxtəlif səviyyələrdə müzakirələr aparılıb, lakin hələlik heç bir qərar verilməyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->