Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə 500 min manata olan villa alıb.
Bu barədə Konkret.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, Mehriban Vəliyevanın aldığı villa Bakı Dövlət Universitetinin mərhum professorlarından birinə məxsus olub. Alqı-satqı prosesi mərhum professorun ailə üzvləri ilə BŞTİ-nin müdiri arasında baş tutub.
Maraqlıdır ki, zaman-zaman mətbuatda Bakı məktəblərində müxtəlif yığımlarla bağlı məsələ gündəmə gəlib. Bu iddia, yəni Mehriban Vəliyevanın 500 min manata villa alması məsələsi yazılanların həqiqət yükünü artırır. Paytaxt məktəblərinin bir çoxunun təmirə ehtiyacı olduğu bir vaxtda Mehriban Vəliyevanın yarım milyon manata mülk alması təhsilidəki neqativ hallarla bağlı şübhələrə əsas verir.
DÜZƏLİŞ
Mehriban Vəliyeva haqqında yazılan məlumatları təkzib edilib. Konkret.az-a göndərilən açıqlamada bildirilib:
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın villa alması ilə bağlı yayılan məlumatlar əsassızdır. Qeyd edək ki, həqiqətəuyğun olmayan məlumatın paylaşılması ciddi təəssüf doğurur. Əsassız məlumatlar yayan kütləvi informasiya vasitələri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”.
Şərhlər