Xəbər lenti

Məhkəmə qanunsuz işdən çıxarılan işçini işə bərpa etdi
Ekonomiks 13:04 15.08.2024

Məhkəmə qanunsuz işdən çıxarılan işçini işə bərpa etdi

Binəqədi Rayon Məhkəməsində Bəhruz Ağazadənin Müdafiə Sənayesi Nazirliyinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı" tələbinə dair iddiaya baxılıb. 

Qaynarinfo-nun məlumatına görə, hakim Rəşad Qoşqarlının sədrliyi ilə keçirilən prosesdə işçinin işdən çıxarılması əsassız hesab edilib.

 Buna görə Bəhruz Ağazadənin iddiası təmin olunub. 

Məhkəmə işçinin öz vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->