PSJ-nin futbolçusu Kilian Mbappe klubun ona təklif etdiyi şərtlərlə maraqlandığı üçün hazırkı komandada qala bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilir ki, yanvarın əvvəlində məzuniyyətdən sonra fransalı hücumçusu PSJ-nin prezidenti Nasir Əl-Xelaifi ilə görüş keçirib. Görüşdə futbolçunun gələcəyi, eləcə də müqaviləsinin şərtləri müzakirə olunub.
Həmçinin qalmaq səbəbi "Real Madrid"in Mbappe qarşısında qoyduğu şərt ola bilər - futbolçu yanvarın sonuna kimi Madrid klubuna keçib-keçməməsi barədə məlumat verməlidir.
Mbappe 2018-ci ildə "Monako"dan PSJ-yə keçib. Paris klubu ilə müqavilə 2024-cü ilin yayında başa çatır. Ona görə də futbolçu artıq "Real Madrid"lə ilkin müqavilə imzalaya bilər. Mətbuatda yanvarın 8-də forvardın İspaniya klubuna transferi ilə bağlı razılıq əldə olunduğu barədə məlumat yayılıb.
Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 24 matçda iştirak edib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aydın
Şərhlər