Xəbər lenti

Mask
Texnologiya 10:18 12.05.2023

Mask "Twitter"in baş direktorluğundan istefa verir, varisi də hazırdır

Biznesmen İlon Mask "Twitter" mikrobloqlar şəbəkəsinin baş direktoru vəzifəsini tərk edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində məlumat verib.

Mask artıq öz varisini tapdığını da bildirib. "O, təxminən altı həftədən sonra işə başlayacaq", deyə Mask bildirib və əlavə edib ki, "Twitter"in icraçı və texniki direktoru vəzifəsini tutmaq niyyətindədir.

Mask vəzifədən getmə səbəbi və yeni baş direktorun adını açıqlamayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->