Xəbər lenti

Mask Medvedevin Ukrayna ilə bağlı yazdığı statusu silməkdən imtina etdi
Dünya 14:58 10.04.2023

Mask Medvedevin Ukrayna ilə bağlı yazdığı statusu silməkdən imtina etdi

"Twitter" sosial şəbəkəsinin sahibi olan iş adamı Elon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukraynanın "planetdən yoxa çıxacağını” yazdığı statusu silməkdən imtina edib.

Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.

Status şikayətlərini birbaşa Maska ünvanlayan bir sıra istifadəçilərin mənfi reaksiyasına səbəb olub. "Bütün xəbərlər bu və ya digər dərəcədə təbliğatdır. Qoy insanlar özü qərar versin”, - deyə iş adamı müraciətlərdən birinə cavab verib.

Mask onu da əlavə edib ki, ona Rusiya prezidenti Vladimir Putinin Ukraynaya kömək etdiyinə görə onu "müharibə cinayətkarı” adlandırdığı bildirilib, çünki Rusiya lideri heç də "onun ən yaxşı dostu deyil”.

Maska məxsus "SpaceX" şirkəti Ukraynaya Ukrayna ordusunun istifadə etdiyi Starlink peyk rabitə terminallarını verir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->