Xəbər lenti

Mask
Texnologiya 09:46 11.10.2024

Mask "Cybercabs" adlı fantastik robotaksini təqdim etdi (VİDEO)

"Tesla"nın və X sosial şəbəkəsinin sahibi İlon Mask çoxdan vəd edilən, sükan və pedalları olmayan, qağayı qanadı şəklində iki qapısı olan robotaksini səs-küylü bir tədbirdə təqdim edib. Onun sözlərinə görə, bu, elektromobil istehsalçısının uzunmüddətli inkişafına töhfə verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Tesla"nın X hesabında məlumat verilib.

Mask səhnəyə "Cybercab” adlanan robotaksi ilə gəlib və istehsalın 2026-cı ildə başlayacağını, nəqliyyat vasitələrinin müştərilərə $30,000-dan aşağı qiymətə təqdim ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu taksilərdən istifadə hər mil üçün 20 sentə başa gələcək. 

"Ola bilsin ki, avtomobillərin çox hissəsi vaxtlarının əksərini heç bir iş görmədən keçirir. Amma avtonom olduqları təqdirdə, onları beş dəfə, bəlkə də on dəfə artıq istifadə etmək mümkün olacaq”, deyə o, səhnədən bildirib.

Tədbirə olan maraq sosial şəbəkələrdə də öz əksini tapıb, insanlar dəvətlərin ekran görüntülərini paylaşır və nə açıqlanacağı barədə fərziyyələr irəli sürürlər. Lakin investorlar və analitiklər texnologiya ilə bağlı problemlərə diqqət çəkərək gözləntilərini ehtiyatlı saxlayırlar.

Mask "Tesla-nın "Cybercabs” adlanan avtonom taksilər parkını işə salmağı planlaşdırır. Bu taksiləri sərnişinlər tətbiq vasitəsilə çağıra biləcəklər. Tesla sahibləri də öz avtomobillərini robotaksi kimi göstərərək bu tətbiq vasitəsilə qazanc əldə edə biləcəklər.

Cümə axşamı günü Kaliforniyada, Los-Anceles yaxınlığındakı "Warner Bros" studiyasında keçirilən tədbir "Biz robotuq" adlanıb. Bu, Amerika yazıçısı İsaak Asimovun "Mən robotam" elmi-fantastik hekayələrinə açıq bir göndərmədir və Mask "Tesla-nın avtomobil istehsalçısı yox, süni intellektlə robotexnika ilə məşğul olan bir şirkət kimi qəbul edilməli olduğunu vurğulayır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->