Masallı rayonunun Mollaoba kəndində şəhid Bəxtiyar Qurbanəli oğlunun 50 illik yubileyi münasibətilə onun adına inşa edilmiş abidə bulaq kompleksinin açılışı olub.
Açılışda şəhidin döyüş yoldaşları, adını daşıdığı məktəbin müəllim və şagirdləri, həmçinin qonşu kəndlərin sakinləri, ziyalılar iştirak ediblər.
Abidə-bulaq kompleksi şəhidin ailəsinin vəsaiti hesabına inşa edilib.
Bəxtiyar Qurbanəli oğlu 1973 cü il aprelin 22-də Masallı rayonunun Mollaoba kəndində anadan olub. 1992-ci ildə ermənilərə qarşı Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub.
Şəhidin ailəsi açılışa qatılanlara hər birinə, abidənin layihəsini təmənnasız olaraq hazırlayan memar Rəşad İbrahimova təşəkkürünü bildirib.
Ruhu şad olsun!
Şərhlər