RT-nin baş redaktoru Marqarita Simonyan "Rossiya 1”də "Vladimir Solovyovla bazar günü axşamı” tok-şousunda yenidən "gedənlər” və Rusiyadakı Vladimir Putinin əleyhdarları məsələsinə qayıdıb. Təbliğatçının fikrincə, xaricdəki müxalifətlə Avropaya qoşun göndərməklə, Rusiyada isə asılmaqla hədələməklə mübarizə aparmaq lazımdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo” nəşri
yazır.
Simonyan çıxışına yazda "kəskinlik yaşayan” və "nostalji hissləri daha da aktivləşən” "gedən rusların” hisslərini təsvir etməklə başlayıb. "Onlar üçün bir depressiyaya qarşı vasitə var, müəyyən autotreninq, öz-özünə psixoterapiya var – bu da dar ağaclarıdır. Hamısı özlərini adam asan kimi görürlər. Helə bu həftə onlar hamımızı necə asacaqlarını təsvir etməyə başlayıblar”, Simonyan deyir.
Simonyanın çıxışından kimin bəyanatlarının və ya yazılarının onu bu cür arqumentlər irəli sürməyə vadar etdiyi bəlli deyil.
Bundan sonra Simonyan rus müxalifətçilərinin və müstəqil jurnalistlərin Qərbdə təriflənməsinə qəzəblənib və Rusiyanın bu halda nəyə can atmalı olduğunu izah edib. O, 1812-ci ildə olduğu kimi, ora "boz paltolu 300 min tamaşaçı" göndərməklə hədələyərək, fransız hakimiyyətini II Yekaterinanın sərgüzəştlərindən bəhs edən tamaşanın nümayişini ləğv etməyə məcbur edən I Nikolayı misal çəkib.
Simonyan ölkə daxilindəki rejimin əleyhdarları üçün 1863-cü il Polşa qiyamının yatırılmasından sonra "cəllad” ləqəbli qraf Mixail Muravyovun təcrübəsinə qayıtmağı təklif edib.
"Tariximizdə belə bir qraf Muravyov olub, hamının tanıdığı cəllad. O, asılmış dekabristin - başqa bir Muravyovun qohumu idi. Buna görə onu qınayanlara belə vacab verib: "Mən asılan Muravyovlardan deyiləm. Mən asan Muravyovlardanam”. Və həqiqətən də o, üsyan zamanı təkcə Rusiya hərbçilərinə qarşı deyil, həm də ruhanilərə və sadə insanlara qarşı ağlasığmaz vəhşiliklər törədən 128 yaraqlını açıq şəkildə asıb. … Və demək istədiyim odur ki, bizə məhz belə adam asanlar lazımdır. Onlar isə qoy olduqları yerdə qalsınlar, pivəxanalarda ölənə qədər içsinlər”, - deyə RT-nin baş redaktoru yekunlaşdırıb.
Nizami Bağırov
Şərhlər