Xəbər lenti

Marketlərin
Ekonomiks 18:48 14.03.2024

Marketlərin "Ramazan endirimləri": "İnsanların inancından istifadə etmək..."

"Ramazan ayında insanların inancından istifadə etmək böyük günahdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov mağaza və marketlərdə Ramazan ayı adı altında təklif edilən endirim aksiyalarından danışarkən deyib. 

Rauf Sərdarov həmin insanların Allah qarşısında cavab verəcəyini vurğulayıb:

"Bu qınağa səbəb olan işdir. Bu ayda mağaza və marketlərdə "Ramazan endirimlər"i adı altında məhsullar, ərzaqlar satışa çıxarılır. Həmin məhsullar mütləq qaydada endirimli qiymətə təklif olunmalıdır. Yox, sonra məlum olsa ki, həmin məhsullara endirim olunmayıb, yəni əslində əvvəlki aylardakı qiymətə satılıb, bu adam aldatmaqdır. Bu nə dinimizdə, nə cəmiyyətimizdə qəbul olunmayan məsələlərdir".

Rauf Sərdarovun fikirincə, bu qınağa səbəb olan bir addımdır.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->