Həftədə 150 min funt-sterlinq qazanan "Mançester Yunayted”in ulduzu Luk Şov "Lamborghini” markalı avtomobilini qatar stansiyasında qoyduğu üçün cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Şov avtomobilini "Wilmslow Qatar Stansiyası”nda tərk etdikdən sonra dörd dəfə parklama cəriməsinə məruz qalıb. Hər dəfə 60 funt-sterlinq məbləğində cərimələnən futbolçu ümumilikdə 240 funt-sterlinq ödəməli olacaq.
Sol cinah müdafiəçisi daha əvvəl maşını ilə "Mançester Yunayted”in məşq obyektlərinin yerləşdiyi Karrinqtona gedərkən görüntülənib. Bu mövsüm parklama cərimələri ilə yanaşı zədələrlə də mübarizə aparır.
Daha əvvəl əzələ zədəsi səbəbindən üç ay futbol oynaya bilməyən ingilis futbolçu noyabrda "Everton”la matçla yenidən meydana qayıdıb.
Premyer Liqada ardıcıl altı matç oynadıqdan sonra yenidən zədələnən Şovun keçən həftəsonu meydana çıxacağı gözlənilsə də, Erik ten Haq onu fitnes probleminə görə heyətə daxil etmədi. Bu mövsüm bütün yarışlarda cəmi 10 oyun keçirən Şov və yanvarın sonunda komandasının "FA Cup” çərçivəsində "Newport County” ilə qarşılaşmada iştirak edib-etməyəcəyi bəlli deyil.
Səbuhi Həsənov
Şərhlər