"Fənərbağça"dan "Mançester Yunayted" ə transfer olunan Altay Bayındır İngiltərə təmsilçisinin klub televiziyasına danışıb.
Qaynarinfo-nun məlumatına görə, milli üzvü müsahibəsində, "Mənim sevimli qapıçım Edvin van der Sardır" - sözlərini söyləyib. Ancaq "Mançester Yunayted"in əfsanəsinin Bayındıra verdiyi cavab təəccüblə qarşılanıb.
Belə ki, Bayındırın şərhinin altında fikirlərini yazan Van der Sar, "Salam Altay, biz tezliklə Mançesterdə görüşüb qapıçılıq haqqında söhbət edəcəyik, amma bildiyiniz kimi, mənim favoritim hələ də Andre Onanadır!" - sözlərini söyləyib.
2005-2011-ci illər arasında "Qırmızı Şeytanlar"ın qapısını qorumuş Van der Sarın bu açıqlamaları birmənalı qarşılanmayıb. Bəzi britaniyalı azarkeşlər niderlandlı futbolçuya "Bu, çox kobud ifadədir" , "Altay üçün ayıbdır" , "Bu sizə niyə lazım idi? " kimi cavablar verib.
Səbuhi Həsənov
Şərhlər