"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Roy Kin "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Halandın çıxışını tənqid edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Goal" məlumat
yayıb.
"Ümumilikdə onun oyun səviyyəsi çox aşağıdır. Təkcə bu gün deyil. Qapı qarşısında o, dünyanın ən yaxşısıdır, amma ümumi performansı belə bir oyunçu üçün çox zəifdir. Onun təkmilləşməsi lazımdır. Haland mənə demək olar ki, Liqa 2 oyunçusu kimi görünür. O, ümumi oyunu baxımından təkmilləşməlidir və bu, yaxın bir neçə ildə baş verəcək", deyə Roy Kin deyib.
Erlinq Haland ötən mövsüm İngiltərənin "Mançester Siti"sinin ən yaxşı oyunçusu seçilib. O, 52 matçda iştirak edib, bütün yarışlarda 52 qol vurub və 9 məhsuldar ötürmə verib. Bu, norveçlinin İngiltərə Premyer Liqasında debüt mövsümü idi. Cari mövsümdə bütün yarışlarda 34 dəfə forma geyinən Erlinq 29 qola imza atıb və 6 məhsuldar ötürmə edib.
2023-cü ildə Haland "Ballon d'Or"a ilk üç iddiaçıdan biri olub. Final səsverməsində norveçli hücumçu yalnız dünya çempionatının qalibi Lionel Messiyə uduzub.
Aydın
Şərhlər