"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasında ardıcıl iki mövsümdə ilk üç turun ikisində məğlub olan ilk baş məşqçi olub.
Qaynarinfo bu barədə championat.com-a istinadən xəbər verir.
Sentyabrın 1-də "Mançester Yunayted" Premyer Liqanın III turunda "Liverpul"a 0:3 hesabı ilə uduzub. Komanda ikinci turda "Brayton"a yenilib. "Mençester Yunayted" 2022/23 mövsümünün ilk üç turunda da iki məğlubiyyət almışdı. Həmin vaxt onlar "Brayton" və "Brentford"a uduzmuşdu.
Bundan əvvəl komandanın baş məşqçilərindən heç biri ardıcıl iki dəfə Premyer Liqa ilk üç turun ikisində məğlub olmamışdı.
İngiltərə çempionatının turnir cədvəlində 9 xalla "Liverpul" və "Mançester Siti" başçılıq edir. "Brayton" 7 xalla üçüncü yerdədir. "Mançester Yunayted” 3 xalla 14-cü pilləni tutur.
Aydın
Şərhlər