Xəbər lenti

İdman 16:10 08.12.2023

"Mançester Yunayted"in alınması ilə bağlı birmilyardlıq müqavilə niyə təsdiqlənməyib?

"Mançester Yunayted"in yeni rəhbəri Cim Ratklif, klubun əvvəlki sahibi Qleyzer ailəsi ilə 1,25 milyard funt-sterlinqlik müqavilə imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, lakin müqavilə hələ rəsmi olaraq elan edilməyib. Ratklifin klubdakı 25 faizlik payının nəhayət iki həftə ərzində təsdiqlənəcəyi iddia edilib. Hələ də rəsmi ratifikasiyaya ehtiyacı olan razılaşma təsdiqləndikdən sonra klubun idman əməliyyatlarına nəzarəti öz üzərinə götürəcək.

Ratkliflə razılaşmanın son beynəlxalq fasilə zamanı, yalnız tətil üçün gecikmələrə görə ratifikasiya ediləcəyi bildirilirdi. Hazırda mançesterli azarkeşlər görünür bir az da gözləməli olacaq. Ratklif və komandası gələn həftə ÇL-də baş tutacaq "Bavariya" ilə oyundan əvvəl müqavilənin təsdiqlənməsinə ümid etsələr də, hüquqi struktur məsələlərinə görə bu, bir həftə təxirə salınıb. Bununla belə, müqavilə həmin vaxta qədər təsdiqlənməsə, yeni il bayramı səbəbindən bir qədər də gecikə bilər. Müqavilənin bayramdan əvvəl elan edilib-edilməməsindən asılı olmayaraq, rəsmi təsdiqin altı-səkkiz həftə çəkəcəyi gözlənilir, yəni Ratklif və komandası qış transfer pəncərəsini qaçıra bilərlər. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->