Malili Tuareq üsyançıları "Vaqner” muzdlularına ağır itkilər verən əməliyyata xaricdən dəstək olmadıqlarını bildiriblər.
Qaynarinfo xəbər verir ki, bunu üsyançı alyansın nümayəndəsi Məhəmməd Elmaulud Ramadan "Reuters” agentliyinə şərhində
bildirib.
O qeyd edib ki, üsyançılar Ukraynadan heç bir yardım almayıb.
"Açıq deyə bilərik ki, Tinzauatenidəki döyüşlər üçün xaricdən yardım almamışıq”, - Elmaulud bildirib.
Onun sözlərinə görə, əvvəllər də Ukrayna üsyançı hərəkata nə maliyyə, nə də döyüşçülərin hazırlanması ilə bağlı köməklik göstərib.
Nizami Bağırov
Şərhlər