Xəbər lenti

Mali Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini açıqladı
Dünya 10:42 05.08.2024

Mali Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini açıqladı

Mali Respublikasının keçid hökuməti Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib. Bamako Kiyevi bu yaxınlarda "Vaqner”in Mali hərbçiləri və rus muzdlularından ibarət kolonnasını məğlub edən Tuareq üsyançılarının hərəkətlərini dəstəkləməkdə ittiham edir.

Qaynarinfo RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Mali xuntasının kommünikesində deyilir.

Malinin Ərazi İdarəetmə və Mərkəzsizləşdirmə Nazirliyinin mətbuat xidməti müvafiq sənədi dərc edib.

Bundan əlavə, Mali keçid hökumətinin spikeri, polkovnik Abdoulaye Maiqa, Twitter hesabında (X) kommunikenin bir hissəsini dərc edib.
Mali tərəfi bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov guya Kiyevin Mali Silahlı Qüvvələrinin və "vaqnerçiləri”nin Tuareqlər tərəfindən ağır məğlubiyyətə uğramasında rolunu etiraf edib. 

Mali xuntası həmçinin hesab edir ki, Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarov öz şərhlərində "ölkənin beynəlxalq terrorizmə, xüsusən də Malidə dəstəyini” nümayiş etdirib.

Bamako hesab edir ki, bu yolla Ukrayna Malinin daxili işlərinə qarışır.

Sənəddə deyilir ki,"vəziyyəti diqqətlə araşdırdıqdan sonra keçid hökuməti Mali Respublikası Ukrayna hakimiyyətinin hərəkətlərinin Mali suverenliyinin pozulması olduğunu, onsuz da xarici müdaxilədən kənara çıxdığını, özləri tərəfindən qınandığını və açıq bir təcavüz olduğunu" vurğulayır.

Buna görə də hərbi xunta bildirir ki, "Mali Respublikası ilə Ukrayna arasında diplomatik əlaqələri dərhal kəsmək” və "səlahiyyətli məhkəmə orqanlarına” Yusov və Pivovarovun şərhlərini öyrənmək üçün göstəriş vermək qərarına gəlib.

Bundan əlavə, Mali keçid hökumətinin kommünikesində Ukraynada iddia edilən "nasist rejimi” haqqında standart və ənənəvi Kreml narrativləri var.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->