Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin gəlini qayınatası ilə bağlı hökmdən narazıdır.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkumun gəlini İlkanə Quliyeva hökmün əmlakların müsadirəsi hissəsi ilə əlaqədar maraqlı şəxs kimi Ali Məhkəməyə müraciət edib.
Quliyeva iddia edir ki, qaynatasının əmlakı kimi dövlət nəfinə alınan Bakı şəhərində yerləşən evlərdən biri əslində ona məxsusdur. O, yüksək instansiya məhkəməsinə göndərdiyi şikayət ərizəsində həmin evin müsadirədən azad edilməsini xahiş edir.
Kassasiya şikayəti məhkəmənin icraatına qəbul edilib.
Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Eks-icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M. Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Şərhlər