Qayana Venesuelanın ilhaq planları ilə bağlı ABŞ və BMT-dən kömək istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü, dekabrın 6-da "The Guardian” Qayana prezidenti İfraan Əlinin milli televiziyadakı çıxışına istinadən məlumat
yayıb.
"Mən Birləşmiş Millətlər Təşkilatının Baş katibi və bir sıra liderlərlə danışdım, onları bu təhlükəli hadisələr və prezident Maduronun dəlisov hərəkətləri barədə xəbərdar etdim", deyə Britaniya nəşri Qayana prezidentindən sitat gətirib.
Venesuela prezidenti Nikolas Maduro isə öz növbəsində X sosial şəbəkəsind Qayana daxilindəki Essekibo bölgəsini ehtiva edən ölkənin yenilənmiş xəritəsini dərc
edib.
"Mən dərhal bütün məktəblərə, kolleclərə, ictimai şuralara, dövlət idarələrinə, universitetlərə və ölkədəki hər evə bizim Qayana-Essekibonu da əhatə edən Venesuelanın yeni xəritəsinin çapını və çatdırılmasını əmr etdim. Bu, bizim sevimli xəritəmizdir!", deyə Maduro yazıb.
Xatırladaq ki, dekabrın 5-də Maduro Essequibonun ilhaqı ilə bağlı referendum qərarının icrasına hazırlaşan bir sıra tədbirləri açıqlayıb.
Dekabrın 4-də Venesuela vətəndaşlarının 95%-i referendumda hakimiyyətin qonşu Qayananın bir hissəsi olan neftlə zəngin Essekibo bölgəsini ilhaq etmək təklifini dəstəkləyib.
Nizami Bağırov
Şərhlər