Xəbər lenti

Maduro qələbəsini sübut etməsə, Venesuela ciddi böhranla üzləşəcək - Borrel
Dünya 09:29 20.08.2024

Maduro qələbəsini sübut etməsə, Venesuela ciddi böhranla üzləşəcək - Borrel

Prezident Nikolas Maduro 2024-cü ilin iyulunda keçirilən seçkilərdə qələbəsini sübut edə bilməsə, Venesuela tezliklə "ciddi böhrana” düşə bilər.

Qaynarinfo "Euractiv"ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Cosep Borrel deyib.

İspaniyanın Santander şəhərində keçirilən tədbirdə Borrel qeyd edib ki, Venesuela müxalifətinin məlumatları "rəsmi" seçki nəticələrindən əhəmiyyətli dərəcədə fərqlənir.

"Əgər Maduro qalib gəldiyində israr etsə və seçkilərin nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən yoxlanılmadan tanınmasının mümkün olmadığını başa düşmək istəməsə, Venesuela ciddi böhrana girə bilər - biz hamımız bunun qarşısını almağa çalışırıq", - Aİ diplomatiyasının rəhbəri bildirib. 

Onun şərhləri Maduronun prezident seçkilərində qələbəsini elan etməsindən üç həftə sonraya təsadüf edib. ABŞ, bəzi Qərb və Latın Amerikası ölkələri səsvermənin nəticələrini tanımayaraq seçki saxtakarlığını pisləyiblər.

Borrel nümayişçilərə qarşı repressiyaların gücləndiyi bir vaxtda ölkədə indiyədək 2000 nəfərin artıq həbs olunduğunu xatırladaraq, insanları yaxın günlərdə nə baş verəcəyini gözləməyə və görməyə çağırıb.

Aİ-nin baş diplomatı Maduronun Venesuela Ali Məhkəməsinə "onu müdafiə etmək” tələbi ilə müraciət etməsini də "sarkazmın zirvəsi” adlandırıb.

"Ali Məhkəmənin hansı qərar çıxaracağını bilmirəm, çünki seçkilərin nəticələrini saymaq onun funksiyası deyil",- deyə Borrel vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->