Xəbər lenti

Maduro qadın rəqibinin 15 il siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoydu
Dünya 21:05 01.07.2023

Maduro qadın rəqibinin 15 il siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoydu

Venesuelada 2024-cü ildə keçirilməsi gözlənilən prezident seçkiləri öncəsi oktyabrda keçiriləcək ilkin seçkilərdə iştirak edəcəyi bildirilən müxalifət namizədlərindən Mariya Korina Maçadoya 15 il siyasi fəaliyyət qadağası qoyulub.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, Venesuela Maliyyə İşləri Baş İdarəsi araşdırma apararaq, Maçadonun "Venesuelanın ictimai etikasını, inzibati əxlaqını, qanunun aliliyini, sülh və suverenliyini pozduğuna" qərar verib və müxalif namizədə siyasi fəaliyyət qadağası qoyub.

Maçadonun keçmiş müxalifət lideri Xuan Quaydo ilə əməkdaşlığına diqqət çəkən Baş İdarə Venesuelanın xaricdə oğurlanan aktivlərinin və yol verilən korrupsiya faktları səbəbindən ölkənin səhiyyə sisteminə böyük ziyan vurulduğunu qeyd edib.

Maria Korina Maçado isə "Twitter" hesabından qadağa qərarına etiraz edərək yazıb: "Rejimin artıq məğlub olduğunu göstərən faydasız qadağa qərarı. İndi ilkin seçkilərdə daha güclü və daha istəkli səs verəcəyik. Bunu təmin edəcək olan Venesuela xalqıdır. Sona qədər davam edin".

Müxalifətin yaratdığı Unitar Platforma sosial media hesabında bu qərarı pisləyib və "Maçadoya verilən cəza venesuelalıların siyasi hüquqlarının açıq şəkildə pozulmasıdır. Biz bunu yekdilliklə rədd edirik", deyib.

Müxalif namizədlərdən Henrike Kapriles Maçadoya qoyulan siyasi qadağanın konstitusiyaya zidd olduğunu bildirib: "Bu qərar biabırçı bir hərəkətdir. Biz Maduro və onun rejiminin anti-demokratik kursunun bu yeni nümunəsini rədd edirik".

Kapriles oktyabrda keçiriləcək ilkin seçkilərdən əvvəl ictimaiyyəti səsvermə hüququndan əl çəkməməyə çağırıb.

Qeyd edək ki, Venesuellanın prezidenti Nikolas Madurodur. O, 2013-cü ildə Hüqo Çavesin ölümündən sonra bu vəzifəni tutur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->