Lukaşenkonun açıqlaması İrəvanı qarışdırdı, səfirliyə hücum oldu (VİDEO)
Avqustun 21-də "Respublika naminə” partiyasının bir qrup üzvü və tərəfdarı Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Qaynarinfo Ermənistan mediasına istinadən xəbər verir ki, onlar bu ölkənin prezidenti Aleksandr Lukaşenkonun Ermənistana qarşı son təhqiramiz bəyanatlarından hiddətləniblər.
Etirazçılar səfirliyin binasına yumurta, kartof və pomidor ataraq "Ermənistandan rədd olun!” şüarları səsləndiriblər.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın Rusiyanın Kursk vilayətinə uğurlu hücumu fonunda növbəti dəfə Ermənistana qarşı təhqiramiz bəyanatlar verib. "Ermənilər bizdən başqa kimə lazımdır ki? Heç kimə. Qoy iqtisadiyyatlarını inkişaf etdirsinlər, ehtiyatlarına diqqət yetirsinlər. Nə Fransa, nə Makron? Sabah o olmayacaq və hamı Ermənistanı unudacaq”, - Belarus prezidenti bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər