Belarus Daxili İşlər Nazirliyi artıq bir aydır ki, Rusiyanın "Vaqner” özəl hərbi şirkətinin silahlılarına yeni pasportlar verir.
Qaynarinfo xəbər verir ki, bu barədə Belarusun Xalq Antiböhran Departamentinin rəhbəri Pavel Latuşko PAP agentliyinə
müsahibəsində bildirib. Onun fikrincə, bu hərəkətlər təxribat və terror aktlarının hazırlanması ilə bağlı ola bilər. Latuşkonun sözlərinə görə, neçə pasportun verilməsi barədə məlumatı yoxdur.
"Təsdiq olunmuş məlumatımıza görə, vaqnerçilər Belarus pasportlarını, real sənədləri alırlar, lakin təbii ki, başqa adlarla. Buna görə də onlar Avropa İttifaqının ərazisinə sadəcə olaraq sərhəd keçid məntəqələri vasitəsilə daxil ola bilərlər", - Latuşko bildirib.
Müxalifətçinin sözlərinə görə, Belarus ərazisində bir neçə min vaqnerçi qalıb. Aleksandr Lukaşenko onların qalmasını istəsə də, onun çoxlu sayda muzdlunu dəstəkləmək üçün kifayət qədər pulu yoxdur.
Onların bir qismi Afrikaya gedəcək, bəziləri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayacaq, qalanları isə xidməti tərk edəcək və ya Belarusda qalacaq.
Belarusun qonşuları təxribatlardan və Suvalski dəhlizində əməliyyatdan ehtiyat edərək Vaqnerçilərin mövcudluğuna görə sərhədlərini möhkəmləndirirlər. Bundan əlavə, Belarusdan qanunsuz miqrantlar Polşa və Latviya sərhədlərinə gəlməkdə davam edir.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Belarusda muzdluların sayı getdikcə azalır.
Alpər
Şərhlər