Belarus Ermənistana müxtəlif sahələrdə kömək edib və yaxşı münasibətlər qurmağa çalışıb, lakin İrəvan Qərbə üz tutmaq qərarına gəlib.
Qaynarinfo "Belta"ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Biz ermənilərə hər cür kömək etməyə çalışdıq, ən yaxın insanlarla əməkdaşlıq etdik, hər cür kömək göstərdik. Amma görürsən, onlar Qərbə, Avropa İttifaqına getmək istədir", deyə Lukaşenko Belarusda yaşayan millətlərin nümayəndələri ilə görüşündə deyib.
Belarus liderinin sözlərinə görə, Minsk Qərblə əməkdaşlığa qarşı deyil, lakin seçkilərdən sonra onların siyasəti kökündən dəyişə bilər ki, bu da "onlara etibar etmək olmaz" deməyə əsas verir. Lukaşenko əlavə edib ki, heç kim nə Ermənistanı, nə də Belarusu gözləmir. O ümid edir ki, ermənilər tezliklə "xoşbəxtliklərinin harada olduğunu" anlayacaqlar.
2024-cü ildə Belarusla Ermənistan arasında münasibətlər pisləşməyə başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Aleksandr Lukaşenko bu ölkənin lideri olduğu müddətdə o, heç vaxt Belarusa səfər etməyəcək.
Paşinyan bildirib ki, 2021-ci ildə hazırlanan proqramda respublika KTMT mexanizmlərindən ölkənin maraqları naminə istifadə etməyə çalışacaq: "KTMT üzvlərindən biri bəyan edir ki, o, Qarabağdakı 44 günlük müharibənin hazırlanmasında iştirak edib, Azərbaycanın qələbəsinə inanıb və arzulayıb. Bundan sonra mən Belarus prezidenti ilə KTMT formatında bəzi məsələləri müzakirə etməliyəm?"
Paşinyan qeyd edib ki, o, müəyyən mənada MDB və Aİİ çərçivəsində əməkdaşlığa məcbur olacaq: "Amma mən bildirmək istəyirəm ki, Aleksandr Lukaşenko orada prezident olduğu müddətdə mən bir daha Belarusa səfər etməyəcəyəm. Həmçinin bu andan etibarən Ermənistanın bir dənə də olsun rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək".
Bundan sonra Ermənistan Minskdəki səfirini geri çağırıb, baş nazir Paşinyan isə Lukaşenkodan üzr istəməsini tələb edib.
Aydın
Şərhlər