Xəbər lenti

Liviya Mərkəzi Bankı qeyri-adi səbəbdən fəaliyyətini dayandırdı
Dünya 21:00 18.08.2024

Liviya Mərkəzi Bankı qeyri-adi səbəbdən fəaliyyətini dayandırdı

İnformasiya texnologiyaları departamentinin direktorunun naməlum şəxslər tərəfindən qaçırılması ilə əlaqədar Liviya Mərkəzi Bankı fəaliyyətini dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Mərkəzi Bankdan qeyd edilib ki, departamentin direktoru Musab Müsəllim avqustun 18-də səhər saatlarında evindən oğurlanıb.

Bununla yanaşı, Mərkəzi Bankın bir sıra digər yüksəkvəzifəli şəxslərinin də adam oğurluğu ilə hədələndiyi vurğulanıb.

Mərkəzi Bank bütün departamentlərinin fəaliyyətini dayandırdığını və Musab Müsəllim azad edilənə qədər işə başlamayacaqlarını bəyan edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->