Yurgen Klopp mövsümün sonunda "Liverpul" la yollarını ayıracağını elan etdikdən sonra "qırmızılar"ın yeni baş məşqçisinin kim olacağı maraq doğurur.
Qaynarinfo-nun məlumatına görə, Premyer Liqa nəhəngində boş qalan yerə təyin olunacaq yeni çalışdırıcı üçün təəccüblü iddia irəli sürülüb. Portuqaliyalı jurnalist Pedro Sepulvedanın xəbərinə görə, "Liverpul" "Sportinq"in baş məşqçisi Ruben Amorimə üçillik müqavilə təklif edib. Xəbərdə tərəflərin maliyyə şərtləri ilə bağlı razılığa çox yaxın olduqları bildirilib.
Sportinq"lə Portuqaliya Liqasında çempionluq uğrunda mübarizə aparan 39 yaşlı baş məşqçi bu yaxınlarda verdiyi açıqlamada gələcəyi ilə bağlı, "Mövsümün sonunda "Sportinq"də qalacağıma zəmanət verə bilmərəm. Bunu Xabi Alonsonun dediyi kimi deyə bilmərəm. Gələcəyimi müzakirə etmək vaxtıdır. Biz bunu doğru zamanda edəcəyik. İndi gəlin bütün diqqətimizi çempionluqlara yönəldək və sonra nə olacağını görək".
Səbuhi Həsənov
Şərhlər