Litva Seyminə keçirilən seçkilərdə müxalif Sosial Demokrat Partiyası liderlik edir. Baltik regionunda Rusiyanın Ukraynanı genişmiqyaslı işğalı başlayandan bəri ilk real hakimiyyət dəyişikliyi baş verə bilər.
Qaynarifo xəbər verir ki, bu barədə BBC Rus xidməti ölkənin Baş Seçki Komissiyasının məlumatlarına istinadən məlumat
yayıb.
Bildirilir ki, sosial demokratlar ölkədə keçirilən parlament seçkilərinin birinci turunda 20 faizdən çox səs toplayır. İkinci yeri ölkənin hazırkı baş naziri İnqrida Şimonitenin rəhbərlik etdiyi hakim mühafizəkar Vətən Birliyi-Litvanın Xristian Ddemokratları, üçüncü yeri Remigiuus Jemaytaytisin Zarya Nemana Partiyası tutur.
Seçkilərdə 14 partiya və bir koalisiya iştirak edib. Seçkilərdə seçicilərin 52,06 faizi iştirak edib.
BBC qeyd edir ki, seçkilər nəticəsində Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri regionda ilk real hakimiyyət dəyişikliyi baş verə bilər.
Litva parlamentli respublikadır, hökumət ölkə prezidentindən qat-qat artıq səlahiyyətlərə malikdir. Aparıcı partiyanın dəyişməsi demək olar ki, həmişə siyasi kursun dəyişməsi deməkdir.
Nəşr qeyd edir ki, sosial demokratların seçki kampaniyasına əsasən, Ukraynaya dəstək, onun Avropa İttifaqı və NATO-ya inteqrasiyası, eləcə də Litvanın özünün təhlükəsizliyi yeni hökumət üçün prioritet olaraq qalacaq. Bununla belə, vurğu beynəlxalq problemlərdən daxili iqtisadi və sosial problemlərə keçir.
Nizami Bağırov
Şərhlər