Xəbər lenti

Ləğv edilən bankların əmlaklarının hərracında kimlər iştirak edə bilər?
Ekonomiks 15:15 07.12.2023

Ləğv edilən bankların əmlaklarının hərracında kimlər iştirak edə bilər?

"Texnika Bank"ın daşınmaz əmlaklarının hərrac prosesində istənilən vətəndaş iştirak edə bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert bildirib ki, hərraca çıxarılmazdan öncə kreditin girov təminatı sahibinə təklif edilir:

"Əmlakın sahibi onu ala bilmirsə, artıq digər şəxslərə təklif edilir. Belə halda prosesin aparılma qaydası var. Burada hərracın iştirak şərtlərinə uyğun olaraq istənilən şəxsin özü çıxış edə bilər. Hərracda iştirak qaydası var. Orada bir məhdudiyyət yoxdur, elan verilir və hərrac prosesi cəmiyyətə açıq olur".



Xalid Kərimlinin sözlərinə görə, girov təminatı olan əmlakın hərraca çıxarılma qaydaları mövcuddur: 

"Bank başqa bankın əmlaklarını niyə alsın ki? Ümumiyyətlə, bu bankın marağında deyil. Bankın əsas məqsədi kredit öhdəliklərini faizlərlə birgə ödənilməsini təmin etməkdir. Girov burada əlavə təminat vasitəsidir”. 

Qeyd edək ki, dekabrın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Texnika Bank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək. Hərracda "Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 394 min manat olan 187,8 kv.metrlik, dəyəri 255 min manat olan 115,9 kv.metrlik, dəyəri 397 min manat olan 188,9 kv.metrlik, dəyəri 258 min manat olan 117,4 kv.metrlik, hər birinin dəyəri 389 min manat olan 2 ədəd 185,4 kv.metrlik, hər birinin dəyəri 322 min manat olan 4 ədəd 153,2 kv.metrlik, hər birinin dəyəri 245 min manat olan 7 ədəd 111,5 kv.metrlik qeyri-yaşayış sahələri iştirak edəcək. Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 5,085 milyon manat təşkil edir. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->