Xəbər lenti

Lebron Ceymsin anası ilə yatdığı deyilən, psixi pozğunluq yaşayan basketbolçu - Delonte Vest
İdman 15:51 26.08.2023

Lebron Ceymsin anası ilə yatdığı deyilən, psixi pozğunluq yaşayan basketbolçu - Delonte Vest

Delonte Vestin "Cleveland Cavaliers”dən komanda yoldaşı Lebron Ceymsin anası Qloriya Ceymslə görüşməsi ilə bağlı şayiələr heç vaxt səngimir. 

Qaynarinfo-nun məlumatına görə bundan sonra xəstəliyi səbəbindən karyerası erkən bitən Vestin hətta küçələrdə qaldığı günlər də olub. 

Delonte, "Boston Celtics”, "Seattle Supersonics”, "Cleveland Cavaliers və "Dallas Mavericks” də daxil olmaqla NBA-da müxtəlif komandalarda oynamış keçmiş NBA oyunçusudur. O, istedadlı və perspektivli hesab olunsa da NBA karyerası və sonrakı həyatı boyunca bəzi çətinliklərlə üzləşdi.

Delonte Vestin Lebron Ceymsin anası Qloriya Ceymslə münasibətdə olduğu iddiası xeyli diqqət çəkib. Lakin bu söz-söhbət heç vaxt adıçəkilənlər tərəfindən təsdiqlənməyib. Həm Delonte Vest, həm də Lebron Ceyms şayiələri təkzib edib və heç bir etibarlı mənbə iddianı dəstəkləməyib. Yəni, bir tərəfdən baxanda, onsuz da niyə belə bir şeyi sübut etsinlər? Bütün bunlara baxmayaraq, söz-söhbət Vestin reputasiyasına və ictimai rəyə mənfi təsir göstərdi. Basketbolçu, müxtəlif şəxsi, həmçinin psixi sağlamlıq problemləri və hüquqi məsələlərlə mübarizə aparırdı ki, bu da onun sabit karyera, basketboldan sonra layiqli həyat qurmaqda çətinlik çəkməsi ilə nəticələndi.
 


Basketboldan sonrakı həyatı boyunca Vest psixi sağlamlıq, narkotika asılılığı və evsizlik problemləri ilə üzləşdi. Onu ictimaiyyət arasında bərbad vəziyyətdə görənlər olub. Bu onun səhhəti ilə bağlı narahatlıqlara səbəb olub. Bəzi dostları və basketbol ictimaiyyətindəki insanlar ona dəstək verdilər. "Dallas Mavericks”in sahibi Mark Kuban da Vestin ayağa qalxmasına kömək etməyə çalışıb. Vest, hətta 2022-ci ilin son günlərində "Dallas Mavericks”in oyununda, özü də yaxşı formada görünmüşdü. Sanki bərpa olunurdu... Buna baxmayaraq, basketbolçunun hekayəsi bir çox cəhətdən olduqca maraqlıdır.
 


Heç bir yerdə çalışmadığı dönəmlərdə bipolyar pozğunluq (ruhi xəstəlik) yaşadığı üçün bütün pulunu (14 milyon dollar sərvətə malik olduğu deyilirdi və bu qədər pulun qısa zamanda bitməsi həqiqətən təəccüblüdür) xərclədi və "Twitter”dəki açıqlamasında işlə bağlı müraciət etdiyini bildirmişdi. Vest həm də keçmişdə silah gəzdirmə cinayətlərinə görə xarici ölkələrə gedib basketbol oynaya bilmirdi. O, 2016-cı ildə Qərbi Hyuston küçələrində ayaqyalın və sərxoş vəziyyətdə gəzərkən görülmüşdü…

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->