KXDR-dən olan əsgərlər Putinə qələbə gətirəcəkmi? - Ostindən kəskin cavab
Vladimir Putin Ukraynadakı müharibədə hətta KXDR əsgərlərinin köməyi ilə də qalib gələ bilməyəcək.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin brifinqdə bildirib. O deyib ki, Birləşmiş Ştatlar və tərəfdaşları Rusiyanın Şimali Koreya ordusunun müdaxiləsinə cavab variantlarını müzakirə edirlər.
"Biz buna çox ciddi yanaşırıq. Kremli kursu dəyişməyə çağırırıq. Biz həm Avropa, həm də Hind-Sakit Okean regionu üçün təhlükəsizlik nəticələrini tam başa düşürük. Putin Şimali Koreyanın daha çox köməyi olsa belə, Ukraynada qalib gəlməyəcək", - Pentaqon şefi vurğulayıb.
Eyni zamanda, Ostin ABŞ-ın Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsinə cavab olaraq hansı konkret addımlar atdığını açıqlamayıb. O, həmçinin qeyd edib ki, onların hərbi əməliyyatlarda iştirak edib-etməyəcəklərini hələlik dəqiq deyə bilməyəcək, lakin bir daha bu faktdan "böyük narahatlığını” ifadə edib.
"Ancaq onlar gətiriliblərsə, bu, böyük narahatlıq doğurur. Ona görə də biz çox narahatıq ki, onlar bu qoşunlardan döyüşlərdə istifadə edəcəklər", - o deyib.
O qeyd edib ki, KXDR Rusiyaya təlim keçmək üçün 10 minə yaxın əsgər göndərib və Rusiya Federasiyası bu hərbçiləri öz ordusunun geyim və silahları ilə təchiz edir.
"Rusiya BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya hərbi yardım göstərməməyi öhdəsinə götürən qətnamələrini imzalayıb. Təbii, biz bilirik ki, Putin Şimali Koreya və İrandan silah almaq üçün çox şeyə gedib", - Ostin bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər