Kür çayında suyun səviyyəsi artıb.
Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Kür-Qıraqkəsəmən müşahidə məntəqəsinin məlumatına görə, hazırda Kür çayında suyun səviyyəsi 373 sm-dir. Qeyd olunub ki, dünənki müşahidə ilə müqayisədə Kür suyunun səviyyəsində 36 sm artım müşahidə olunur.
Şərhlər