Xəbər lenti

Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)
Ölkə 12:47 04.10.2024

Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)

Kürdəmir şəhərinin mərkəzi küçəsi zibillik içindədir. 

Qaynarinfo xəbər verir ki, Kürdəmir rayon sakinləri ərazinin şəklini çəkib və sosial şəbəkədə paylaşıb. 

Mənzərədən görünür ki, rayon bazarına zibil və tullantılardan girmək mümkün deyil. Bu isə sakinlərin narazılığına səbəb olub. Mənzərə izləyicilər tərəfindən tənqid edilib.

Məsələ ilə bağlı Kürdəmir şəhər inzibati ərazi dairsəinin rəhbəri Rauf Abışov Qaynarinfo-ya açıqlamasında zibilxananın rayondan 14 kilometr məsafəyə köçürüldüyünü bildirib: 

"Əvəllər zibilxana rayonun 500-600 kilometr məsafəsində idi. Biz də məsafə yaxın olduğundan gün ərzində 2-3 dəfə zibil daşıya bilirdik. Bu gün isə zibilxana rayondan uzaq məsafəyə köçürülüb. Bu səbəbdən bizim zibil maşınlarının ora gedib-gəlməsi vaxt aparır. Yəni hardasa 4 saata yaxın vaxt keçir. Gün ərzində bütün şəhərin zibillərini yığırıq, bu da saat 12-yə kimi vaxt aparır. Görüntüdəki zibillər də bazara aiddir".

Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının Rövşən Rzayev isə deyib ki, bazarın ətrafının ona aidiyyatı yoxdur: 

"Bura ancaq bazar rəhbərliyinin səlahiyyətində olan ərazidir. Bazarın yanında zibil ola bilməz. Bizim gün ərzində zibilimiz qalmır. Hazırda bütün texnikalarımız zibil yığır, ərazi böyükdür. İstismar müddəti keçmiş texnikalarla işləyirik. Saat 16:00-a kimi zibil yığırlar. Bazarın ətrafını isə gün ərzində bir dəfə təmizlənir. Gün ərzində ora maşınla dolu olduğundan zibil maşınları əraziyə girə bilmir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->