Xəbər lenti

Kürdə suyun səviyyəsi artıb, lakin vəziyyət kritik olaraq qalır (FOTOLAR)
Ölkə 21:54 11.03.2023

Kürdə suyun səviyyəsi artıb, lakin vəziyyət kritik olaraq qalır (FOTOLAR)

Martın 11-dən başlayaraq Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsində artım müşahidə olunur.

"Report”un Aran bürosunun məlumatına görə, iki gündə çayda suyun səviyyəsi 20 santimetrdən bir qədər artıq qalxıb.

Bununla belə rayonun yaşayış məntəqələrində vəziyyət kritik olaraq qalır.

Yerli sakinlərin sözlərinə görə, Salyan şəhəri ərazisində Kürdə artım müşahidə olunsa da, çayın rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 2-3 santimetr azalma müşahidə olunur.

Belə ki, nasosların sugötürmə qabiliyyəti olmadığından fəaliyyəti dayandırılıb. Fermerlər əkin sahələrini suvara bilmir. Taxıl sahələrinin məhv olmaq təhlükəsi yaranıb.

Mütəxəssislərin fikrincə, vəziyyət belə davam edərsə, ekoloji fəlakət qaçılmaz olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->