Xəbər lenti

Kuleba Qərbi Merkelin səhvini təkrarlamamağa çağırdı
Dünya 18:46 01.07.2023

Kuleba Qərbi Merkelin səhvini təkrarlamamağa çağırdı

Almaniyanın keçmiş kansleri Angela Merkelin 15 il əvvəl sadiq qaldığı Ukrayna dövlətinin NATO-ya daxil olması məsələsi ilə bağlı mövqeyi sonda hazırkı münaqişəyə gətirib çıxaran səbəblərdən birinə çevrildi.

Qaynarinfo xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Bild"ə müsahibəsində deyib.

"Kansler Merkelin 2008-ci ildə Buxarestdə Ukraynanın NATO-ya üzvlüyü istiqamətində istənilən addıma qəti şəkildə qarşı çıxdığı zaman etdiyi səhvi təkrarlamayın", deyə nazir Qərb ölkələrinə müraciət edib.

Diplomatın sözlərinə görə, bu qərar Krımın Rusiyaya birləşdirilməsinə səbəb olub. Onun fikrincə, o zaman Ukrayna Şimali Atlantika Alyansının üzvü olsaydı, Rusiya-Ukrayna münaqişəsi baş verməzdi.

Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles bildirmişdi ki, NATO Ukraynanın NATO-ya daxil olmasını sürətləndirmək üçün yeni üzvlərin qəbulu prosedurunu sadələşdirməlidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->