Xəbər lenti

Kukovanı aldadan, Mahmudovun qurbanına çevrilən xanımın ölkədən çıxışına
Ölkə 12:30 16.08.2022

Kukovanı aldadan, Mahmudovun qurbanına çevrilən xanımın ölkədən çıxışına "STOP" qoyulur

Ukraynada həbs olunaraq Azərbaycana ekstradisiya edilən iş adamı Maqsud Mahmudovun cinayət işində adı keçən sahibkar Mələk Dəmirtaşın ölkədən çıxışı məhdudlaşdırıla bilər. 

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Mələk Dəmirtaşın ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edib. Qurumun iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Hakim avqustun 24-nə məhkəmə baxış iclası təyin edib. 

Mələk Dəmirtaş türkiyəli iş adamı Məsut Dəmirtaşın həyat yoldaşıdır. Dəmirtaşların adı ilk dəfə 2020-ci ildə medianın gündəminə gəlib. Həmin vaxt Dəmirtaşlar Rusiya vətəndaşı Kseniya Kukova ilə məhkəmə çəkişməsində idi. 

Kseniya Kukova sahibkardır. 2017-ci ildə Azərbaycana gələrək kiçik sahibkarlıqla məşğul olub. Onun rəhbərlik etdiyi "E.Mi Baku” gözəllik salonu qısa müddətdə populyarlaşıb və Kukova yaxşı qazanc əldə etməyə başlayıb. Həmin ərəfədə Mələk Dəmirtaş ona daha böyük gözəllik salonu açmağı təklif edib. 

"Gözəllik salonu açıldı, mən Rusiyada treninqlərə qatıldım, işin hallarından kommersiya məqsədinin ciddi olduğunu sandım, həvəsləndim, inandım. Daha sonra, Məsut Mustafa oğlu Dəmirtaş yoldaşı ilə məni görüşə dəvət etdilər. O, dedi ki, xarici vətəndaş olduğuna görə, qeyri-rezident olduğu üçün investor kimi çıxış edə bilməyəcək. Öz ölkəsində pulun hardan əldə edilməsi barədə müvafiq qurumlardan sorğu-sualın olması qorxusu olduğu üçün, bizlərin, yəni Mələk Adil qızı Dəmirtaşın və mənim təsisçi kimi çıxış etməyimizi xahiş etdi. Məsut Dəmirtaş ümumilkdə 185 min manat gözəllik salonunun təmir xərclərinə yönəldəcəyinə vəd verdi. Dedi ki, təmir xərclərini özü şəxsən qarşılayır, rəsmi olaraq isə şirkət təsisçiləri 30/70 ekvivalenti ilə yoldaşının və mənim adıma olacaq. Gözəllik salonunun təmir işləri tamalandığı və tam istismara verildiyi vaxtdan Məsut Dəmirtaş bəzi sənədlərin düzəlişi bəhanəsi ilə məni 17 iyul 2017-ci il tarixdə Bakı şəhərində yerləşən Notariat Kontoruna dəvət etdi. Mənim Azərbaycan dilini bilmədiyim və tam etibar etdiyimi bilərək, vəziyyətdən istifadə edərək, aldadaraq həmin 185 min manatla bağlı "borcun etirafı müqaviləsinə” imza atdırdı. Daha sonra isə mənim ona notariat qaydasında tam 185 min manat borcum olduğunu və rəsmi qaydada etiraf etdiyimi bildirdi", deyə Kseniya Kukova bildirib.

Mələk Dəmirtaşın adının Maqsud Mahmudov barəsindəki cinayət işində keçməsinə gəlincə, o, bu işdə zərərçəkən kimi tanınıb. Belə ki, o, Maqsud Mahmudovun əməllərdən zəzər çəkən 90 nəfərdən biridir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->