Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya KXDR-ə qarşı sanksiyalarla bağlı siyasətini dəyişib. Onun sözlərinə görə, Qərbin Şimali Koreyaya qarşı sanksiyalarına əməl etmək artıq Rusiyanın maraqlarına uyğun deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” məlumat
yayıb.
"Bu mövqe bizim maraqlarımıza daha uyğundur. Biz rəsmiləşdirilən üsullarla razı deyilik”, - deyə Dmitri Peskov brifinqdə Rusiyanın KXDR-ə qarşı sanksiyalarla bağlı siyasətinin dəyişib-dəyişmədiyi sualına cavab verib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı sanksiyalarla bağlı ABŞ-ın qətnamə lahiyəsinə veto qoyub. Çin bitərəf qalıb, BMT Təhlükəsizlik Şurasının digər 13 üzvü sənədi dəstəkləyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya vetonu izah edərək bildirib ki, sənəd müəllifləri Moskvanın təkliflərini nəzərə almayıb, həmçinin KXDR-ə qarşı qüvvədə olan sanksiyaların bitmə tarixini təqdim etməkdən imtina ediblər.
Son hesabatda Şimali Koreyanın sanksiyaları üzrə monitorinq qrupu Şimali Koreyanın Rusiyaya döyüş sursatlarının (Rusiya gəmilərinin adları, peyk şəkilləri, tarixlər və marşrutlar ilə) tədarükünə çox diqqət yetirib. Rusiya və Şimali Koreya hakimiyyəti bu cür tədarük faktını inkar edir.
Nizami Bağırov
Şərhlər