Xəbər lenti

“Kreml Kadırovun səhhəti ilə bağlı məlumat vermir” - Peskov
Dünya 16:49 18.09.2023

“Kreml Kadırovun səhhəti ilə bağlı məlumat vermir” - Peskov

Kreml "Ramzan Kadırovun səhhəti barədə məlumat vermir”, çünki bu, Prezident Administrasiyasının səlahiyyətinə aid olan məsələ deyil.

Qaynarinfo xəbər verir ki, bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.  

Peskov onu da əlavə edib ki, Kadırov ötən həftəsonu Vladimir Putinlə görüşməyib.

Peskov bu açıqlamaları Çeçenistan Respublikasının rəhbərinin xəstəliyi ilə bağlı xəbərlər fonunda verib. Bundan əvvəl sosial şəbəkələrdə onun səhhətinin kəskin şəkildə pisləşməsi ilə bağlı məlumatlar yayılıb. Daha sonra məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov da təsdiqləyib.

Hüquq müdafiəçisi Abubakar Yanqulbaev hətta Ramzan Kadırovun öldüyünü xəbər verib. Lakin o, heç bir təfərrüat verməyib və məlumatın mənbəyini açıqlamayıb.
Eyni zamanda jurnalist Aleksey Venediktov bildirir ki, Kadırov "ağır böyrək çatışmazlığı” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Kadırovun vəziyyəti ilə bağlı şayiələr fonunda onun sosial şəbəkələrdə yağışda parkda gəzdiyi və çeçen dilində danışdığı video yayılıb. Lakin videodan onun nə vaxt çəkildiyini müəyyən etmək mümkün deyil.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->